14-15 Aprel 2026-cı il tarixlərində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Sərhədçi Atçılıq Mərkəzində “Bahar Kuboku” uğrunda konkur yarışları keçirilmişdir.
“A” kateqoriyası üzrə 90 sm, “L” kateqoriyası üzrə 115 sm, “M*” kateqoriyası üzrə isə 125 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda Azərbaycanın müxtəlif atçılıq klublarından 21 yaşadək idmançılar 6 yaşadək olan atlarla, 21 yaşdan yuxarı idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla iştirak etmişlər.
“A” kateqoriyasında 23 idmançının iştirakı ilə baş tutan mübarizədə “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”nin təmsilçisi Ayan Fərəcova “Tibet” ləqəbli atla birinci, “Elite” atçılıq klubunun təmsilçisi Mədinə Məmmədova “Ayla” ləqəbli atla ikinci, “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”nin təmsilçisi Amena Qonizzi “Pur-Pur” ləqəbli atla üçüncü, “Elite” klubunun təmsilçisi Anar Hümbətov “Məğrur” ləqəbli atla dördüncü, “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”nin təmsilçisi Angel Vəfa Seyid “Püstə” ləqəbli atla beşinci yerin sahibi olmuşdur.
“L” kateqoriyasında yaş məhdudiyyəti olmadan 15 idmançının mübarizə apardığı yarışda “Elite” atçılıq klubunun təmsilçisi Anar Hümbətov “Zirvə” ləqəbli atla birinci, “Gilan” klubunun təmsilçisi Elmar Abdullayev “Carthanio” ləqəbli atla ikinci, “Elite” klubunun təmsilçisi Seyid Musayev “Uca” ləqəbli atla üçüncü, “Murad” klubunun təmsilçisi Mübariz Hüseynov “Elano C” ləqəbli atla dördüncü, “Omar” klubunun təmsilçisi Kənan Novruzov “Miss Baloubet MNM” ləqəbli atla beşinci yerin sahibi olmuşdur.
“M*” kateqoriyasında yaş məhdudiyyəti olmadan 9 idmançının mübarizə apardığı yarışda “Murad” atçılıq klubunun təmsilçisi Mübariz Hüseynov “Elano C” ləqəbli atla birinci, “Gilan” klubunun təmsilçisi Elmar Abdullayev “Carthanio” ləqəbli atla ikinci, “Elite” klubunun təmsilçisi Seyid Musayev “Zidan D” ləqəbli atla üçüncü, həmin klubun digər təmsilçisi Anar Hümbətov “Damla” ləqəbli atla dördüncü, “Omar” klubunun təmsilçisi Kənan Novruzov “Miss Baloubet MNM” ləqəbli atla beşinci yerin sahibi olmuşdur.
İki gün davam edən yarışların sonunda hər üç koteqoriyada birinci yerin sahibinə “Bahar Kuboku”, medal, fəxri diplom, ikinci və üçüncü yerin sahiblərinə medal, fəxri diplom, dördüncü və beşinci yerin sahiblərinə isə fəxri diplom təqdim edilmişdir.
