• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Bakı Güləş Məktəbinə 47 yeni şagird qəbul edilib

04 Sentyabr, 26 / 18:03
A A
Bakı Güləş Məktəbinə 47 yeni şagird qəbul edilib

Bakı Güləş Məktəbində 2026-2027-ci tədris ili üçün 6-cı və 7-ci siniflərə şagird qəbulu həyata keçirilib.

Qəbul prosesi məktəbdə güləşlə məşğul olmaq və təhsillərini davam etdirmək istəyən şagirdlərin seçim meyarlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə təşkil olunub.

Namizədlərin seçimi sərbəst və yunan-Roma güləşi üzrə milli komandaların məşqçiləri tərəfindən müvafiq normativlər əsasında aparılıb. Qəbul zamanı şagirdlərin fiziki hazırlıq səviyyəsi, çevikliyi, gücü, koordinasiyası və güləş idman növünə uyğun qabiliyyətləri qiymətləndirilib.

Qəbul prosesi iki mərhələdə həyata keçirilib. Ümumilikdə 6-cı və 7-ci siniflər üzrə 300-dən artıq namizəd qəbul imtahanında iştirak etmək üçün müraciət edib. Qabiliyyət imtahanlarının nəticələrinə əsasən, 6-cı sinif üzrə 23, 7-ci sinif üzrə isə 24 şagird Bakı Güləş Məktəbinə qəbul edilib.

Beləliklə, 2026-2027-ci tədris ili üzrə qəbul prosesi başa çatıb və imtahanların nəticələrinə əsasən ən yüksək göstəriciləri nümayiş etdirən 47 şagirdin Bakı Güləş Məktəbində təhsil alması və güləşlə məşğul olması təmin edilib.

//Nəzər.Media

Previous Post

Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edilib

Next Post

"Elite polo club" komandasının mətbuata açıq məşqi keçirilib - FOTOLAR

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.