• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Bakıda 3 İyun – Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib

03 İyun, 26 / 21:03
A A
Bakıda 3 İyun – Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib

3 İyun – Ümumdünya Velosiped Günü münasibətilə Bakıda veloyürüş təşkil olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), Azərbaycan Velosiped İdmanı Federasiyası və “APAR” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən tədbir velosiped nəqliyyatının təşviqi, sağlam həyat tərzinin təbliği və ətraf mühitin mühafizəsinə diqqətin artırılması məqsədi daşıyıb.

Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanı olan veloyürüşdə iştirak edən peşəkar və həvəskar velosipedçilər Dənizkənarı Bulvar ərazisi ilə hərəkət ediblər.

Tədbir çərçivəsində iştirakçılar Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) tərəfindən dünya ölkələrinin milli federasiyalarına göndərilmiş təbliğat xarakterli materiallar və məlumatlandırıcı məhsullarla da tanış olublar. Bu təşəbbüs velosiped idmanının və gündəlik nəqliyyat vasitəsi kimi velosipeddən istifadənin üstünlükləri barədə ictimai məlumatlılığın artırılmasına xidmət edib.

Veloyürüş zamanı velosipedin ekoloji cəhətdən təmiz, əlçatan və dayanıqlı nəqliyyat vasitəsi olduğu bir daha vurğulanıb. Tədbir iştirakçıları şəhər mühitində velosiped infrastrukturunun inkişafının vacibliyini qeyd edərək, bu nəqliyyat növünün həm ətraf mühitin qorunmasına, həm də vətəndaşların sağlam həyat tərzinin formalaşmasına mühüm töhfə verdiyini bildiriblər.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2018-ci ilin aprel ayında qəbul etdiyi Qətnamə ilə 3 iyun tarixini Ümumdünya Velosiped Günü elan edib. Bu gün dünyanın müxtəlif ölkələrində velosiped mədəniyyətinin təşviqi, yol hərəkəti təhlükəsizliyinin artırılması və dayanıqlı nəqliyyat həllərinin dəstəklənməsi məqsədilə müxtəlif tədbirlərlə qeyd olunur.

Previous Post

Gənc avarçəkənlərimiz Qazaxıstanda tam heyətlə medal qazanıblar

Next Post

Onur Quluzadə üçun növbəti sınaq

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.