Ötən gün Bakıda yerləşən Böyük Sarayda baş tutan dəbdəbəli toyla bağlı bəzi təfərrüatlar məlum olub.
Nəzər.Media “Unikal”a istinadla xəbər verir ki, Nicat və Sitarə adlı cütlüyün toy məclisinə Azərbaycan və Türkiyədən məşhurlar da qatılıb.
Sitarə xanım Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Dubay şəhərindəki SOCAR International DMCC-də (Dubai Multi Commodities) ticarət üzrə analitik vəzifəsində çalışır.
Qeyd edək ki, toya Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Türkiyədən Demet Akalın və digər məşhurlar qatılıb. Toyun yüz minlərlə manata başa gəldiyi deyilir.
