• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Balıqçılıq və Akvakultura Mərkəzinin nümayəndə heyəti ADAU-da görüşlər keçirib

16 Mart, 26 / 11:05
A A
Balıqçılıq və Akvakultura Mərkəzinin nümayəndə heyəti ADAU-da görüşlər keçirib

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Azərbaycan Dövlət Aqrar Universitetində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə ölkəmizdə balıqçılıq və akvakultura sektorunun inkişaf perspektivləri, bu sahədə aparılan elmi-tədqiqat işləri, ixtisaslaşmış kadr hazırlığı sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov və Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev ölkədə akvakulturanın inkişaf istiqamətləri və bu sahədə elmi biliklərin istehsalatla daha sıx əlaqələndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Qeyd olunub ki, Azərbaycanda akvakultura əsasən ənənəvi nohur tipli balıqçılıq təsərrüfatları üzərində formalaşıb və bu təsərrüfat modeli ölkənin müxtəlif regionlarında geniş yayılıb. Lakin son illərdə akvakultura sektorunda yeni texnologiyaların tətbiqi istiqamətində müəyyən inkişaf müşahidə olunur. Xüsusilə son 5-6 il ərzində qapalı su dövriyyəli sistemlər (RAS – Recirculating Aquaculture Systems) əsasında fəaliyyət göstərən yeni təsərrüfatların yaranması tendensiyası formalaşmağa başlayıb. Artıq ölkədə onlarla belə təsərrüfat fəaliyyət göstərir və ya yaradılır. Bu sistemlər xüsusilə intensiv istehsal, su resurslarından daha səmərəli istifadə və texnoloji innovasiyaların tətbiqi baxımından yeni imkanlar yaradır.

Görüş zamanı akvakultura sektorunun inkişafını stimullaşdırmaq məqsədilə iqtisadi təşviq mexanizmlərinin formalaşdırılması məsələləri də müzakirə olunub. Bildirilib ki, balıqçılıq təsərrüfatlarının inkişafını dəstəkləmək üçün müxtəlif iqtisadi alətlər, o cümlədən subsidiya mexanizmlərinin tətbiqi istiqamətində müvafiq təşəbbüslər və proqramlar planlaşdırılır. Tərəflər balıqçılıq və akvakultura sahəsində elmi biliklərin istehsalatla inteqrasiyasının genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və kadr hazırlığı istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.

Səfər çərçivəsində nümayəndə heyəti universitetin maddi-texniki bazası ilə tanış olub, laboratoriyalara baxış keçirilib və burada aparılan elmi-praktiki işlərlə maraqlanıblar.

Daha sonra Balıqçılıq və Akvakultura Mərkəzinin rəhbərliyi ADAU tələbələri ilə görüşüb. Görüşdə tələbələrə balıqçılıq və akvakultura sektorunun inkişaf perspektivləri barədə məlumat verilib. Qeyd olunub ki, ölkədə balıq istehsalının artırılması və sektorun rəqabət qabiliyyətinin gücləndirilməsi üçün gənc mütəxəssislərin hazırlanması mühüm əhəmiyyət kəsb edir.

Previous Post

Qəbul imtahanları bu tarixlərdə KEÇİRİLƏCƏK

Next Post

16 yaşlı azərbaycanlı pilot Davin Cəfərov Portimaoda Formula 4 testlərini uğurla başa vurub!

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.