Banqladeşdə musson yağışları fəlakətə səbəb olub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, güclü yağışlar sel və torpaq sürüşmələri yaradıb.
Təbii fəlakətdə 44 nəfər həyatını itirib.Ölkənin bir sıra bölgələri su altında qalıb. Fəlakətdən 1 milyondan çox insan zərər çəkib. Minlərlə sakin üçün müvəqqəti sığınacaqlar yaradılıb. Səlahiyyətli qurumlar yeni daşqın təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq ediblər.
//Nəzər.Media
