Belçikada dövlət qulluqçularının ümumi tətili ölkə üzrə nəqliyyatda ciddi problemlər yaradıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, tətil hökumətin büdcə ixtisarlarına etiraz məqsədilə keçirilib.
Dəmir yolu səfərlərinin böyük hissəsi ləğv edilib. Brüsseldə metro və avtobusların hərəkəti məhdudlaşdırılıb, bəzi tramvay xətləri dayandırılıb. Tətil təhsil, poçt və digər dövlət xidmətlərinin fəaliyyətinə də təsir göstərib.
//Nəzər.Media
