Hücumçu polis tərəfindən öldürülüb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Berlində baş verib.
Avtomobilini LGBT yürüşünün iştirakçılarının üzərinə sürən şəxs polis əməliyyatı zamanı zərərsizləşdirilib. Hadisə nəticəsində 1 nəfər ölüb, 29 nəfər yaralanıb. Bildirilir ki, şübhəli Berlinin Şpandau rayonunda gizləndiyi ərazidə aşkarlanıb. Almaniya mediası onun 21 yaşlı Almaniya vətəndaşı Abdul Ballut olduğunu yazıb. Kansler Fridrix Mers isə hücumun məqsədinin cəmiyyətdə parçalanma yaratmaq olduğunu bildirib.
//Nəzər.Media
