“Beşiktaş” Salih Özcanı transfer edib.
Nəzər.Media xəbər verir ki, İstanbul təmsilçisinin rəsmi saytı bu barədə məlumat yayıb.
Türkiyə millisinin 28 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün axşam İstanbula gələcək.
Qeyd edək ki, Salih Özcan Almaniyanın “Borussiya Dortmund” klubundan heyətə qatılıb.
