• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Beynəlxalq dil sertifikatları tanınmır? - DİM-dən açıqlama

13 İyul, 26 / 22:41
A A
Beynəlxalq dil sertifikatları tanınmır? - DİM-dən açıqlama

Dövlət İmtahan Mərkəzi beynəlxalq dil sertifikatlarını qəbul etmədiyi ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb.

Nəzər.Media xəbər verir ki, bu barədə APA-ya DİM-dən bildirilib.

Qeyd olunub ki, Mərkəz yalnız beynəlxalq dil imtahanlarının rəsmi imtahan mərkəzlərində keçirilmiş nəticələrini məqbul hesab edir.

“Beynəlxalq dil sertifikatlarının tanınması ilə bağlı tətbiq olunan yanaşma öncədən ictimaiyyətə açıqlanıb. Bu barədə DİM-in rəsmi internet səhifəsində, eləcə də “Doktorantura – 2026” jurnalında məlumat verilib. Orada qeyd olunur ki, TOEFL iBT Home Edition və IELTS-in onlayn versiyaları üzrə əldə olunan nəticələrin etibarlılığı və obyektivliyi ilə bağlı risklər nəzərə alınaraq, zərurət yarandıqda namizədlərin dil biliyinin səviyyəsini dəqiqləşdirmək, əlavə izahat almaq və ya dil bacarıqlarını yoxlamaq məqsədilə üzbəüz formatda müsahibə və ya qiymətləndirmə xarakterli görüşlər keçirilir” deyə, məlumatda bildirilib.

DİM qeyd edib ki, dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri də qəbul siyasətlərinə uyğun olaraq bu tip imtahan nəticələrini ya ümumiyyətlə qəbul etmir, ya da onlarla bağlı əlavə yoxlama və ya məhdudiyyətlər tətbiq edir.

“Bu səbəbdən Dövlət İmtahan Mərkəzinin yanaşması beynəlxalq praktikadan kənar və ya istisna xarakterli hesab edilə bilməz. Eyni zamanda qeyd edilməlidir ki, ETS tərəfindən də TOEFL iBT Home Edition sertifikatlarının qəbul edilib-edilməməsi məsələsi ali təhsil müəssisələrinin və nəticəni qəbul edən təşkilatların səlahiyyətinə verilib. Başqa sözlə, ETS Home Edition nəticələrinin bütün qurumlar tərəfindən mütləq qəbul edilməsini tələb etmir. Bu barədə qərar qəbul edən təşkilatın daxili qaydaları və qiymətləndirmə siyasəti əsasında müəyyən edilir” deyə, açıqlamada vurğulanıb.

Qeyd edək ki, sosial şəbəkələrdə doktoranturaya qəbul üçün sənəd təqdim edən namizədlərin beynəlxalq ingilis dili sertifikatlarının DİM tərəfindən tanınmaması, əvəzində onlardan yenidən dil imtahanı və ya müsahibə tələb olunması ilə bağlı məlumatlar yayılmışdı.

Previous Post

Aygün Kazımova Röyanın qonağı oldu - FOTO

Next Post

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib-FOTOLAR

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.