“Microsoft”un həmtəsisçisi Bill Qeyts süni intellektin qarşıdakı 20 ildə ciddi dəyişikliklərə səbəb olacağını bildirib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, bu proses iqtisadiyyata və cəmiyyətə böyük təsir göstərə bilər.
Qeytsin fikrincə, süni intellekt bir çox insanın işini dəyişəcək. Robotlar gələcəkdə ev tikməkdən cərrahiyyə əməliyyatlarına qədər bir çox işi görə biləcəklər. O, hökumətləri bu dəyişikliklərə hazırlaşmağa çağırıb.
//Nəzər.Media
