BMT-nin 81-ci Baş Assambleyasının yüksək səviyyəli həftəsi başlayır. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, toplantıda 150-dən çox ölkənin lideri iştirak edəcək.
Görüşlərdə Qəzza, İordan çayının qərb sahili və iqlim məsələləri müzakirə olunacaq. Qlobal problemlərin həlli də əsas mövzulardan olacaq. Tədbirlər zamanı Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib.
//Nəzər.Media
