Birləşmiş Millətlər Təşkilatı ABŞ-ın İranla atəşkəsi uzatma qərarına münasibət bildirib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, BMT atəşkəsin uzadılması qərarını alqışlayıb.
Təşkilatın baş katibi Antonio Guterres bu addımı gərginliyin azalması üçün vacib sayıb. Bildirilib ki, qərar diplomatiya və qarşılıqlı etimad üçün yeni imkan yaradır. BMT bütün tərəfləri təmkinli olmağa və danışıqlara qoşulmağa çağırıb. Həmçinin Pakistanın vasitəçilik səylərinə də dəstək ifadə olunub.
//Nəzər.Media
