Almaniyanın ifrat sağçı AfD partiyasının nümayəndəsi Fransa ərazilərini də Almaniya torpaqları kimi göstərən xəritə yayıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, paylaşım Fransada kəskin etirazla qarşılanıb.
Xəritədə Elzas və Mozel bölgələri də Almaniya ərazisi kimi göstərilib. Fransalı siyasətçilər bu yanaşmanı qəbuledilməz adlandırıblar. Etirazlardan sonra paylaşım silinib.
//Nəzər.Media
