
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Fransanın paytaxtı Parisdə cüdo üzrə Böyük Dəbilqə turniri start götürüb. Nüfuzlu yarışın ilk günündə Azərbaycan cüdoçuları 1 qızıl və 1 bürünc olmaqla 2 medal qazanıblar.
-60 kq çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev finalda Ukrayna təmsilçisi Dilşot Xalmatovu məğlub edərək karyerasında üçüncü dəfə bu turnirin qalibi olub.
-66 kq çəkidə tatamiyə çıxan Ruslan Paşayev isə bürünc medal uğrunda görüşdə İtaliya idmançısı Valerio Akkolini son saniyələrdə yuko xalı ilə üstələyərək üçüncü yeri tutub.
Qeyd edək ki, sabah yarışda daha 5 cüdoçumuz mübarizəyə qoşulacaq.
Xatırladaq ki, İlk yarış günündən sonra Azərbaycan 78 ölkə arasında medal sıralamasında kişilər arasında ikinci, ümumi komanda hesabında isə üçüncü pillədə qərarlaşıb.
