Britaniya batan gəmini sudan çıxarmayacaq. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, səbəb İspaniya ilə gərginlikdir.
Təxminən 330 il əvvəl Cəbəllütariq yaxınlığında batan HMS Sussex gəmisinin qalıqları böyük sərvət hesab olunur. Gəmidəki qızılın dəyərinin 5,5 milyard funt-sterlinqə çata biləcəyi bildirilir. Britaniya 2000-ci illərin əvvəlində gəmini çıxarmaq üçün ABŞ şirkəti ilə razılaşmışdı. Lakin Cəbəllütariqə görə yaranan mübahisədən sonra London layihəyə dəstəyini geri çəkib.
//Nəzər.Media
