• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

"Bu sərgi dünyaya verilən mesajdır" - Fulya Öztürk

30 Sentyabr, 26 / 15:30
A A
"Bu sərgi dünyaya verilən mesajdır" - Fulya Öztürk

Türkiyəli jurnalist Fulya Öztürk Bakıda keçirilən “ADEX-2026” sərgisində iştirak edib.

Bunu açıqlamasında türkiyəli jurnalist Fulya Öztürk bildirib. O, sərgidə Azərbaycan istehsalı olan məhsulları görməkdən qürur duyduğunu qeyd edib.

“Bu sərgi artıq altıncı dəfə keçirilir, amma mən ilk dəfədir burada iştirak edirəm.Burada olmaqdan, Azərbaycanın yerli məhsullarını görməkdən çox qürur duydum. Türkiyədən və digər xarici ölkələrdən şirkətlər də burada iştirak edir”, – deyə Fulya Öztürk bildirib.

O, sərginin keçirildiyi vaxtın da diqqətçəkən olduğunu vurğulayıb:

“Biz indi Bakıda olsaq da, eyni vaxtda Qarabağda və Naxçıvanda Özbəkistan, Türkiyə və Azərbaycanın birgə təlimləri keçirilir. Həm bu sərgi, həm də həmin təlim əslində dünyaya verilən mesajdır. Yeni anlaşmalar əldə ediləcək”.

Jurnalist “TUSAŞ” şirkəti tərəfindən hazırlanan “Hürkuş” təyyarəsinin Azərbaycana veriləcəyini də qeyd edib.

“Ölkələrin bir-biri ilə anlaşmaları bizim türk dövlətləri ilə bağlarımızın daha da güclənməsinə səbəb olur. Allah gücümüzü və bağımızı daim etsin”, – deyə o əlavə edib.

Qeyd edək ki, “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 15-ci yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi fəaliyyətə başlayıb.

Ümumilikdə, sərgilərdə 29 ölkədən 270-dən çox şirkətin iştirakı təsdiqlənib. Tədbirdə iştirak üçün 33 ölkədən 45 xarici nümayəndə heyəti qeydiyyatdan keçib.

Bundan başqa, 14 ölkə – ABŞ, Azərbaycan, Belarus, Böyük Britaniya, Çexiya, Çin, İsrail, İtaliya, Pakistan, Rumıniya, Rusiya, Slovakiya, Türkiyə və Özbəkistan sərgidə milli pavilyonlarla təmsil olunur.

“ADEX-2026″nın əsas yeniliklərindən biri Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunun ilk dəfə milli ekspozisiyaya ayrılmasıdır.

//milli.az

Previous Post

Dilan Polat yenə saxlanıldı - Tutulma anı -VİDEO

Next Post

Bakıda və Abşeronda pivə çəlləkləri ilə bağlı nöqsanlar aşkarlandı

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.