• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Bu şəxslər universitet bitirsə də, 18 ay xidmət edəcək

17 Sentyabr, 26 / 22:12
A A
Bu şəxslər universitet bitirsə də, 18 ay xidmət edəcək

Xaricdə ali təhsil alıb məzun olan Azərbaycan respublikası vətəndaşlarının hərbi xidmət müddəti və qaydaları cəmiyyətdə tez-tez müzakirə olunan vacib mövzulardandır. Ölkə qanunvericiliyinə əsasən, çağırışçıların hərbi xidmət müddəti birbaşa onların rəsmi şəkildə tanınan təhsil səviyyəsindən asılıdır. Mövcud hüquqi normativlərə görə, ali təhsilli şəxslər üçün xidmət müddəti bir il, ali təhsili olmayanlar üçün isə bir il altı ay təyin edilib. Lakin xaricdə təhsil alan məzunlar üçün bu müddətin müəyyənləşdirilməsində əsas həlledici məqam diplomun ölkə ərazisində rəsmi şəkildə tanınması, yəni nostrifikasiya olunmasıdır.

Nəzər.Media “Yeni Sabah”a istinadla xəbər verir ki, xaricdə alınan ali təhsil sənədinin Azərbaycan Respublikasında hüquqi qüvvəyə minməsi üçün Elm və Təhsil Nazirliyinin tabeçiliyində olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən müvafiq prosedur həyata keçirilməlidir.

Əgər vətəndaş xarici universiteti bitirdikdən sonra müraciət etməzsə, yaxud müraciəti zamanı təhsil forması, tədris dili, ölkədə qalma müddəti və ya universitetin akkreditasiyası kimi meyarlar standartlara cavab vermədiyinə görə mənfi cavab alarsa, həmin diplom ölkə ərazisində etibarsız sayılır. Bu halda dövlət qurumları həmin şəxsin ali təhsilini rəsmi olaraq tanımır.

Diplomun tanınmaması birbaşa hərbi mükəlləfiyyət məsələlərinə təsir edir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçının statusunu təsdiqlənmiş sənədlər əsasında müəyyənləşdirir. Rəsmi olaraq tanınmış ali təhsil diplomu təqdim edilmədikdə, həmin şəxs hüquqi baxımdan ali təhsilsiz çağırışçı statusunda qeydə alınır. Nəticədə xaricdə universitet bitirməsinə baxmayaraq, diplomu təsdiqlənməyən vətəndaşlar həqiqi hərbi xidmətə ümumi əsaslarla, yəni bir il altı ay müddətinə çağırılırlar.

Xaricdə əyani formada bakalavr və ya magistr təhsili alan gənclərə təhsil müddəti ərzində çağırışdan müvəqqəti möhlət hüququ verilir. Lakin təhsil başa çatdıqdan sonra möhlət hüququ avtomatik olaraq ləğv edilir və hərbi xidmətə çağırış prosesi başlayır. Müddətin bir il kimi hesablanması üçün çağırışçı hərbi komissarlığa qədər diplomun tanınması haqqında şəhadətnaməni təqdim etməlidir. Arayışın vaxtında təqdim olunmaması və ya nostrifikasiya prosesinin rədd edilməsi hərbi xidmət müddətinin avtomatik olaraq bir il altı aya qədər uzanması ilə nəticələnir.

Previous Post

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Next Post

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər - VİDEO-FOTOLAR

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.