Cənubi Koreya Şimali Koreya ilə gərginliyi azaltmaq istəyir. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Prezident Li Ce Myonq bunun üçün konkret addımlar atacaqlarını bildirib.
Bu açıqlama sərhəddə baş verən mina partlayışından sonra verilib. Hadisə zamanı üç Cənubi Koreya hərbçisi yaralanıb. Buna baxmayaraq, Seul iki ölkə arasında hərbi gərginliyin azaldılmasına çalışacağını vurğulayıb.
//Nəzər.Media
