• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Çimərlik voleybolu üzrə klublararası ölkə çempionatı başa çatıb

08 Avqust, 26 / 22:42
A A
Çimərlik voleybolu üzrə klublararası ölkə çempionatı başa çatıb

Azərbaycan Voleybol Federasiyası və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən çimərlik voleybolu üzrə klublararası ölkə çempionatı başa çatıb.
Avqustun 4-də start götürən çempionatın sonuncu günündə final qarşılaşmaları keçirilib.
Qadınların yarışında “AZERRAIL Salam” və “AZERRAIL Salam Sharing” klubları, kişilərin yarışında isə FHN-2 və “Djevo” komandaları qızıl medallar uğrunda mübarizə aparıblar. “AZERRAIL Salam” 2:0, FHN-2 komandası isə 2:1 hesabı ilə qalib gələrək çempion adını qazanıblar.
Bakı Su İdmanı Sarayında təşkil olunan final qarşılaşmalarından sonra mükafatlandırma və yarışın bağlanış mərasimi keçirilib. Qaliblərə kubok, diplom və medalları Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, baş katib Faiq Orucov və federasiyanın İdarə heyətinin üzvü Elqar Bağırov təqdim ediblər. Həmçinin birinci yerin sahiblərinə federasiyanın tərəfdaşı VFM Şirkətlər Qrupunun brend meneceri Əli Yusubov hədiyyələr təqdim edib.
Çempion olan komandalar bu il keçiriləcək klublararası Avropa çempionatında ölkəmizi təmsil edəcəklər.
Final (qadınlar)
“AZERRAIL Salam” – “AZERRAIL Salam Sharing” 2:0 (21:15, 21:17)
Final (kişilər)
FHN-2 – “Djevo” 2:1 (26:24, 17:21, 15:11)

Qadınların yarışında mükafatçılar:
Qızıl medal – “AZERRAIL Salam” (Kseniya Dabija / Leyla Əliyeva)
Gümüş medal – “AZERRAIL Salam Sharing” (Səbinə Əlizadə / Alyona Osipova)
Bürünc medal – “Milli Aviasiya Akademiyası-1” (Nəzrin Kərimli, Çinarə Quliyeva, Albina Dəmirova)
Kişilərin yarışında mükafatçılar:
Qızıl medal – “FHN-2” (Almaro Nunez Gustavo/Asif Əliyev/Elmin Alişanov)
Gümüş medal – “Djevo” (İbrahim Məmmədov/Muhəmməd Aslanlı)
Bürünc medal – FHN-1 (Vadim Kutukov/Reyes Rodrigez/Ülvi Rəcəbli)

Previous Post

Prezident İlham Əliyev Donald Trampa məktub ünvanlayıb

Next Post

Vanqanın 2026-cı il üçün proqnozları yenidən gündəmdə: Daha üç hadisə gözlənilir

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.