İdxal olunan qida məhsullarına fiziki nəzarət zamanı Çin mənşəli 4 məhsulda uyğunsuzluq aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məhsul partiyalarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib:
“Aparılan müayinələr nəticəsində yaşıl çayda pestisid qalığı, əriştədə və çörək qırıntılarında kif və maya göbələkləri müəyyən olunub”.
Qeyd edilib ki, uyğunsuzluq aşkarlanan məhsullardan 3-ü Çindən, “Şam-Fi İnterneşnl Tredinq Kompani” MMC-nin idxal etdiyi əriştə məhsulu isə Rusiyadan gətirilərkən yoxlamalara cəlb edilib.
“Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, məhsul partiyalarının ölkə ərazisində dövriyyəyə buraxılmasının qarşısı alınıb”, – deyə məlumatda bildirilib.
Məhsullarda aşkarlanmış uyğunsuzluqlar aşağıdakılardır:
| № | İdxalçı şirkət | İstehsalçı şirkət | Məhsulun adı | Aşkarlanmış uyğunsuzluq | Məhsulun istehsal və son istifadə tarixi |
| 1 | “Herba Flora” MMC | Zhejiang Chunli Tea Co., LTD | yaşıl çay | Pestisid qalığı (Dinotefuran) | 01.09.2025
– 01.09.2028 |
| 2 | Feng Jiang | Chen Keming Food Co., LTD | əriştə | Kif və maya göbələkləri | 17.12.2025
– 17.12.2027 |
| 3 | “Premium Food Baku” MMC | Yantai Yuji Foodstuff Co., LTD | panko çörək qırıntıları | Kif və maya göbələkləri | 06.01.2026
– 05.01.2028 |
| 4 | “Şam-Fi İnterneşnl Tredinq Kompani” MMC | Tianjn Xingda Heping Food Co., LTD | əriştə | Kif və maya göbələkləri | 09.11.2025
– 09.11.2027 |
//milli.az
