
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Çin rəhbərliyi beynəlxalq münasibətlərdə hegemonluq və güc siyasətinə qarşı olduğunu bəyan edib. Nəzər.Media “CNN Türk”ə istinadən xəbər verir ki, Rəsmi Pekin daha ədalətli və balanslı dünya nizamının formalaşmasını dəstəklədiyini bildirib.
Bu mövqe ölkənin Xalq Nümayəndələri Yığıncağının növbəti sessiyası zamanı yayılan sənəddə yer alıb. Sənəddə qeyd olunub ki, Çin müstəqil və sülhə əsaslanan xarici siyasət xəttini davam etdirəcək.
Eyni zamanda, qlobal tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və beynəlxalq münasibətlərdə bərabərliyin qorunması prioritet kimi göstərilib. Pekin beynəlxalq qaydaların daha ədalətli əsaslarla inkişafına töhfə verməyə hazır olduğunu da vurğulayıb.
