Çin yeni nəsil superkompüter hazırladığını açıqlayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, “LineShine” adlı sistemin sürət baxımından rəqiblərini geridə qoyduğu bildirilib.
Layihə adi mikroprosessorlar əsasında qurulub. Yeni texnologiya artıq süni intellekt və elmi araşdırmalarda istifadə edilir. Bu uğur beynəlxalq texnologiya dairələrində böyük maraq doğurub.
//Nəzər.Media
