Çində güclü zəlzələ baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, zəlzələ Çinghay bölgəsində baş verib.
Zəlzələnin mərkəzi Haişi bölgəsi kimi açıqlanıb. Zəlzələnin gücü 6.3 bal olub. Hadisə 10 kilometr dərinlikdə qeydə alınıb. Təbii fəlakət zamanı 1 nəfər ölüb. Zəlzələ 4 nəfərin yaralanmasına səbəb olub. Axtarış-xilasetmə işləri davam edir.
//Nəzər.Media
