• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb-FOTOLAR

15 Sentyabr, 26 / 19:58
A A
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb-FOTOLAR

Artıq sərnişinlər uçuşlarını gözləyərkən film izləyə biləcəklər.

15 Sentyabr, Bakı: CineMastercard kinoteatrlar şəbəkəsi Heydər Əliyev Beynəlxalq Aeroportunun uçuş zonasında yeni kinoteatrını istifadəyə verib. Şəbəkə üçün yeni olan bu format sərnişinlərə səyahəti film izləməklə birləşdirməyə, uçuşadək vaxtlarını rahat və xoş keçirməyə şərait yaradır.
Kinoteatrda bir ekran fəaliyyət göstərir və sərnişinlər tranzit zonasını tərk etmədən ailə və macəra filmlərinə baxa biləcəklər. Beləliklə, reysi gözləmək və ya transfer zamanı yaranan fasilə səyahətin xoş hissəsinə çevrilə bilər.
“Kinonu səyahətin bir hissəsinə çevirmək istəyimiz tamaşaçılar üçün yeni imkanlar yaradır — onların marşrutunun ən gözlənilməz nöqtələrində belə. Hava limanı insanların uçuşlarını gözləyərkən xeyli vaxt keçirdikləri bir məkandır. Bu gözləmə müddətini xoş və dolğun istirahətə çevirmək mümkündür”, — deyə CineMastercard kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə bildirib.
Qeyd etmək istərdik ki, bütün film nümayişləri sərnişinlər üçün ödənişsiz olacaq.
Kinoteatrın açılması CineMastercard-ın müasir kino nümayişi formatlarının inkişafı və tamaşaçılar üçün yeni təəssüratların yaradılması istiqamətində növbəti addımdır.
İldə təxminən 3,8 milyon yola düşən sərnişinin, 2026-cı ilin ilk səkkiz ayında isə 373 mindən çox transfer sərnişininin istifadə etdiyi bu zonada yeni kinoteatrın yaradılması gözləmə müddətini sadəcə keçirmək deyil, onu səyahətin daha rahat və maraqlı bir hissəsinə çevirmək məqsədi daşıyır.

 

Previous Post

"Buna yaşamaq deyirsiniz?" - Tıxaclardan gileyləndi

Next Post

Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.