• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi keçirilib-VİDEOLAR-FOTOLAR

13 İyul, 26 / 15:25
A A
CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi keçirilib-VİDEOLAR-FOTOLAR

 “Amburan Mall” ticarət mərkəzində yerləşən CineMastercard premium kinoteatrında “Minionlar və bədheybətlər” ailəvi animasiya filminın qapalı nümayişi baş tutub.

Tədbirin ən sevilən qəhrəmanı Minionun böyük kuklası olub. Uşaqlar onunla şəkil çəkdirib, rəqs edib və əyləniblər. Animatorlar balaca qonaqlar üçün maraqlı oyunlar, müsabiqələr və əyləncə proqramı hazırlayaraq kinoya gəlişi əsl ailəvi bayrama çeviriblər.

Parlaq dekorasiyalar, şirniyyatlar, furşet və dondurmalar tədbirə xüsusi ab-hava qataraq uşaqlara unudulmaz anlar və xoş təəssüratlar bəxş edib.

Qapalı nümayişdə tanınmış simalar, ictimai xadimlər, jurnalistlər, bloqerlər, sahibkarlar və iri təşkilatların rəhbərləri övladları ilə birlikdə iştirak ediblər.

Əyləncə proqramından sonra qonaqlar “Minionlar və bədheybətlər” animasiya filmini böyük ekranda izləyiblər.

Tədbirin təşkilinə “Bolşoy Prazdnik” dekor şirkəti, foto və video çəkiliş üzrə Light in Black kreativ şirkəti, Sonsuz Dalan, Coffee Hub, Mochiki & Bubble və Coca-Cola dəstək göstəriblər.

“Minionlar və bədheybətlər” — Illumination studiyasının yeni animasiya komediyasıdır. Filmin hadisələri 1920-ci illərin Hollivudunda cərəyan edir. Minionlar qorxu filmi çəkməyi arzulayırlar, lakin əsl bədheybətləri axtararkən gözlənilməz macəralar və təhlükəli xaosla üzləşirlər. Onlar bu qarışıqlığın öhdəsindən birlikdə gəlməli olurlar.

Filmin rejissoru Pyer Koffandır. O, “Minionlar” və “Yaramaz Mən” (Despicable Me) franşizalarının yaradıcılarından biri olmaqla yanaşı, cizgi filmlərinin orijinal versiyasında minyonları səsləndirən daimi aktyordur.

“Minionlar və bədheybətlər” filmi artıq CineMastercard kinoteatrlar şəbəkəsində nümayiş olunur. Tamaşaçıları sevimli qəhrəmanların maraqlı macəraları, yüksək əhval-ruhiyyə və bütün ailə üçün unudulmaz kino təcrübəsi gözləyir. Film türk, rus və ingilis dillərində təqdim olunur, həmçinin 4DX formatında da izləmək mümkündür.

Previous Post

Türkan Vəlizadə: "Ailə-uşaq istəmirəm, taqətim yoxdur"

Next Post

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda iştirakını əks etdirən kadrlar dövlət başçısının sosial şəbəkə hesablarında yayımlanıb -VİDEO

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.