OSCAR mükafatlı aktyor Corc Kluni Venesiya Film Festivalında ömürboyu uğur mükafatına layiq görülüb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Kuluni aldığı mükafatla fotoqraflara poz verib.
Daha sonra Kluni fotoqrafın kamerasını götürüb. Fotoqraf isə Kluninin mükafatını tutaraq onun şəklini çəkib. Aktyor bu addımı ilə tədbirdə maraqlı görüntü yaradıb.
//Nəzər.Media
