Cənubi Kiprdə İsraillilərin Limasol yaxınlığındakı Trozena kəndini alması iddia olunub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, iddialar müzakirələrə səbəb olub.
Yerli mediaya görə, kənddə yerləşən Müqəddəs Georgios kilsəsinə girişin məhdudlaşdırılıb. Polis isə ərazinin şəxsi mülkiyyətə daxil olması halında belə məhdudiyyətlərin mümkün ola biləcəyini qeyd edib. Bununla yanaşı, rəsmi qurumlar ictimai yerlərə girişin qadağan edilə bilməyəcəyini vurğulayıb. Hadisə adada xaricilərə torpaq satışının artması ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.
//Nəzər.Media
