• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Hadisə

Dələduzların yeni üsulu: “MilliÖn” adı ilə saxta ödəniş səhifələri yaradıldı

24 Avqust, 26 / 17:10
A A
Dələduzların yeni üsulu: “MilliÖn” adı ilə saxta ödəniş səhifələri yaradıldı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) “MilliÖn”ün adından istifadə edilərək hazırlanan saxta ödəniş səhifələrini aşkarlayıb.

ETX-in məlumatına görə, aparılan monitorinq zamanı istifadəçilərə cəmi 1 AZN qarşılığında 5 GB mobil internet və 80 dəqiqə danışıq paketi təklif edən fişinq kampaniyası müəyyən edilib.

Dələduzlar “MilliÖn”ün rəsmi səhifələrini təqlid edərək million-az.shop və millionaz.site domenlərində saxta ödəniş səhifələri yaradıblar. Saytlarda istifadəçilərdən kart sahibinin adı və soyadı, kart nömrəsi, son istifadə tarixi, CVV kodu və telefon nömrəsi kimi məlumatlar tələb olunub.

MKA-nın texniki araşdırması göstərib ki, daxil edilən məlumatların real ödəniş sisteminə və ya banka ötürülməsi üçün heç bir mexanizm mövcud deyil. Əksinə, məlumatların üçüncü tərəfə, o cümlədən “Telegram” xidmətinə göndərilməsini təmin edən funksiya aşkarlanıb.

Araşdırma nəticəsində məlum olub ki, oxşar üsuldan “AzərPay” və “Ulduz Pay” adlarından istifadə edilən saxta səhifələrdə də yararlanılıb. Həmçinin kampaniya ilə əlaqəli internet-million.online, miillion.online, millionngb.com və azerpay-az-gb.site.je domenləri müəyyən edilib.

Mütəxəssislər bu cür kampaniyalarda təqdim olunan şübhəli keçidlərə daxil olmamağı və bank kartı məlumatlarını tanımadığınız saytlarda paylaşmamağı tövsiyə edirlər.

//milli.az

Previous Post

DİN-dən narkotik əməliyyatı: 6 nəfər saxlanılıb -VİDEO

Next Post

Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər - RƏSMİ

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.