• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

“Dəmir yolu müqaviləsini ləğv edə bilərik” - Paşinyan

08 Oktyabr, 26 / 0:11
A A
“Dəmir yolu müqaviləsini ləğv edə bilərik” - Paşinyan

Ermənistan hökuməti Rusiya ilə ölkənin dəmir yollarının konsessiya əsasında idarə olunmasına dair sazişi ləğv etmək üçün hüquqi əsaslara malikdir.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Infocom”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, hökumətin konsessiya sazişinin ləğvi üçün həm lazımi vasitələri, həm də hüquqi əsaslandırması var.

Paşinyan qeyd edib ki, bununla bağlı siyasi qərar qəbul edilərsə, sazişin ləğvi mümkündür.

“Bizdə konsessiya sazişini ləğv etmək üçün hüquqi əsaslar var. Məsələ siyasi qərardadır”, – Paşinyan deyib.

Bununla belə, Ermənistan hökumətinin bu yola getmək istəmədiyini bildirən Baş nazir məsələnin dostluq yolu ilə həllinə üstünlük verdiklərini vurğulayıb.

“Biz bu yolla getmək istəmirik. Dostluq yolu ilə irəliləmək istəyirik. Rusiyalı tərəfdaşlarımızdan konsessiya hüququnu həm Rusiya, həm də Ermənistan üçün məqbul olan üçüncü ölkəyə satmalarını xahiş etmişik”, – o, qeyd edib.

Qeyd edək ki, Ermənistanın dəmir yolu sistemi 2008-ci ildən “Rusiya Dəmir Yolları”nın törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmir Yolu” tərəfindən idarə olunur. Konsessiya müqaviləsi 30 il müddətinə bağlanıb və daha 10 il uzadılma imkanı nəzərdə tutur.

//Nəzər.Media

Previous Post

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Next Post

Amansızlıqla qətlə yetirilən 24 yaşlı Fatimənin fotosu

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.