• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İqtisadiyyat

Dəmir yolunun yaxınlığında tikinti və əkinlə bağlı yeni qərar

04 Avqust, 26 / 19:13
A A
Dəmir yolunun yaxınlığında tikinti və əkinlə bağlı yeni qərar

Azərbaycanda dəmir yollarının təhlükəsizlik zonalarının istifadəsi ilə bağlı yeni qaydalar müəyyənləşdirilib.

Bununla bağlı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev müvafiq qərar imzalayıb.

Yeni qaydalara əsasən, dəmir yolu xəttinin hər iki tərəfində 11 metr məsafəni əhatə edən təhlükəsizlik zonası yaradılacaq. Həmin ərazilərdə xüsusi istifadə rejimi tətbiq olunacaq və giriş yalnız müəyyən edilmiş texniki keçidlər vasitəsilə mümkün olacaq.

Sənədə əsasən, təhlükəsizlik zonalarında hündürlüyü 2,2 metrdən çox olmayan qoruyucu çəpərlər quraşdırılacaq, xəbərdarlıq nişanları yerləşdiriləcək və ərazi 24 saat videomüşahidə sistemi ilə nəzarətdə saxlanılacaq.

Qaydalara görə, bu zonalarda dəmir yolunun normal fəaliyyətinə mane ola biləcək hər hansı işlərin görülməsi, kənd təsərrüfatı heyvanlarının saxlanılması, ərazilərin istifadəyə verilməsi, bostan və tərəvəz əkilməsi, otlaq kimi istifadə və digər məqsədlərlə yararlanmaq qadağan ediləcək.

Həmçinin təhlükəsizlik zonasında dəmir yolu infrastrukturu ilə əlaqəsi olmayan bina və qurğuların, modul konstruksiyaların yerləşdirilməsi, torpaq qazıntıları aparılması, qum, gil və digər tikinti materiallarının çıxarılması mümkün olmayacaq.

Təmir-bərpa işləri üçün təhlükəsizlik zonasına daxil olmaq istəyən şəxslər və nəqliyyat vasitələri isə yalnız “Azərbaycan Dəmir Yolları” QSC-nin razılığı ilə buraxılacaq. Müraciətlərə qurum tərəfindən 1 iş günü ərzində baxılacaq və nəticə barədə məlumat veriləcək.

//milli.az

Previous Post

Avrokuboklarda sarı vərəqə qaydası dəyişdi

Next Post

“Yer 7 saniyəlik çəkisiz qalacaq” iddiasına rəsmi cavab

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.