Avropa İttifaqının məlumatına görə, dünya okeanlarında rekord istilik qeydə alınıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, İyunun 21-də okean sularının orta temperaturu 20,86 dərəcəyə yüksəlib.
Bu, ilin həmin dövrü üçün indiyədək ölçülən ən yüksək göstəricidir. Mütəxəssislər anomal istilərin yay aylarında daha təhlükəli isti dalğalarına səbəb ola biləcəyini bildirirlər.
//Nəzər.Media
