Dəri xərçənginə qarşı yeni müalicə hazırlanıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Müalicə mRNT vaksini ilə aparılır.
“İntismeran” adlı fərdi müalicənin xəstəliyin yenidən yaranması və yayılması riskini azaltdığı bildirilib. Tədqiqatda şişləri əməliyyatla çıxarılan 1137 xəstə iştirak edib. Müalicənin hər xəstənin şişinin genetik xüsusiyyətlərinə uyğun hazırlandığı açıqlanıb.
//Nəzər.Media
