Danimarkanın paytaxtı Kopenhagda müdafiə nazirinin evinin yaxınlığında PUA aşkarlanıb. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, polis ərazini mühasirəyə alıb və bəzi yollar bağlanıb.
Sakinlərə evlərindən çıxmamaları barədə xəbərdarlıq edilib. Əraziyə partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə mütəxəssislər də göndərilib. Sonradan PUA-nın həvəskar məqsədli olduğu və təhlükə yaratmadığı müəyyənləşib.
//Nəzər.Media
