• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Cəmiyyət

“Darülaceze”də baş tutan görüş – Türkiyə modeli Azərbaycanda tətbiq olunacaq

07 Mart, 26 / 13:38
A A
“Darülaceze”də baş tutan görüş – Türkiyə modeli Azərbaycanda tətbiq olunacaq

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

İnsan üçün ən böyük dəyər ona göstərilən diqqət və sevgidir. Xüsusən də ahıl insanların bu sevgiyə necə ehtiyacı olduğunu hər kəs yaxşı bilir. Amma gündəlik qayğıların, problemlərin fonunda bəzən yaşlılara istədiyimiz diqqəti göstərə bilmirik.

Elə “Loqos” Psixoloji və Nitq Mərkəzi də bunları nəzərə alaraq, ölkədə ilk dəfə olaraq Loqos Günlük Baxım və Sosial Dəstək Mərkəzi yaratmaq qərarına gəlib. Mərkəzin icraçı direktoru Vasif Akifli bu sahədə Türkiyə təcrübəsini öyrənmək məqsədilə İstanbulda dövlət və özəl müəssisələrdə olmuşdur.

İstanbulun ən qədim hüzur evi sayılan Darülaceze-yə dəvət almış, buradakı şərait, yaşlı insanların həyat tərzi ilə tanış olmuşdur. Səfər çərçivəsində Özel Avrasya Yaşlı Bakım və Huzurevi, Nezih Yaşlı Bakım Huzur Evi Merkəzində təşkil olunan görüşlər də olduqca səmərəli və məzmunlu keçmişdir.

Yaşlılara göstərilən sosial xidmətlər, idarəetmə prinsipləri və humanist yanaşma ilə bağlı təqdim olunan məlumatlar xüsusi əhəmiyyət kəsb edib.

Hər iki qurumla gələcək əməkdaşlıq, təcrübə mübadiləsi və peşəkar inkişaf məqsədilə Memorandum imzalanmışdır.

Səfərin sonunda İstanbulda yerləşən Azərbaycan Respublikasının Baş Konsulluğunda da görüş baş tutub.

Ölkəmizin İstanbuldakı Baş konsulu Nərminə xanım Mustafayevaya icraçı direktor Vasif Akifli tərəfindən “Loqos Günlük Baxım və Sosial Dəstək Mərkəzi”nin fəaliyyət istiqamətləri, hədəfləri və missiyası barədə məlumat verilib, müzakirələr aparılıb.

Yeri gəlmişkən qeyd edək ki, “Loqos” Psixoloji və Nitq Mərkəzinin təsisçi-rəhbəri Təranə xanım Paşayevanın təşəbbüsü ilə yaradılan yeni mərkəz mərhum millət vəkili Qənirə xanım Paşayevanın əziz xatirəsinə ithaf olunur.

Previous Post

İstirahət günü intensiv qar yağacaq - PROQNOZ

Next Post

Diplomatik nümayəndəliklərin əməkdaşları arasında kartinq yarışı təşkil edilib

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.