• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Cəmiyyət

Dövlət qurumlarının rəhbərləri dəmiryolu və sərhəd-keçid məntəqələrində xidmətin təşkili ilə tanış olub

29 May, 26 / 18:51
A A
Dövlət qurumlarının rəhbərləri dəmiryolu və sərhəd-keçid məntəqələrində xidmətin təşkili ilə tanış olub

May ayının 28-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərləri dəmiryolu nəqliyyatı vasitəsilə Azərbaycan–Gürcüstan marşrutu üzrə hərəkət edən yük və sərnişin qatarlarında sərhəd və gömrük nəzarətinin təşkili, rəsmiləşdirmə proseslərinin həyata keçirilməsi, vətəndaş məmnuniyyətinin təmin olunması, habelə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi məqsədilə Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik dəmiryolu stansiyalarına baxış keçiriblər.

Dövlət Sərhəd Xidmətindən Nəzər.Media saytına verilən məlumata görə, Səfər çərçivəsində qeyd olunan stansiyalarda mövcud infrastruktur, sərhəd və gömrük nəzarətinin təşkili vəziyyəti, sərnişin və yük daşımalarının operativ və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün yaradılmış şərait, eləcə də xidmətin təşkili ilə bağlı mövcud mexanizmlər yerində yoxlanılıb.

Baxış zamanı sərhəd-keçid prosedurlarının təkmilləşdirilməsi, rəsmiləşdirmə proseslərinin sürətləndirilməsi, vətəndaşlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, həmçinin nəqliyyat təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində müvafiq tapşırıqlar verilmiş, aidiyyəti üzrə qarşıda duran vəzifələr müəyyən edilib.

Qeyd olunmuşdur ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, beynəlxalq nəqliyyat dəhlizləri üzrə təhlükəsiz və fasiləsiz daşımaların həyata keçirilməsi, eləcə də vətəndaş məmnuniyyətinin artırılması məqsədilə aidiyyəti qurumlar arasında qarşılıqlı fəaliyyət bundan sonra da davam etdiriləcəkdir.

 

Previous Post

Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanla bağlı bəyanat qəbul edilib

Next Post

Sumqayıtda yük avtomobilləri toqquşdu, yaralılar var

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.