Dubaydan Təl-Əvivə uçan sərnişin təyyarəsində ciddi insident baş verib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, köməkçi pilot kapitanı bıçaqlayıb və təyyarəni idarə etməyə çalışıb.
Sərnişin və digər pilotların müdaxiləsi ilə hücum edən şəxs zərərsizləşdirilib. Təyyarə daha sonra Səudiyyə Ərəbistanına təhlükəsiz enib. Hadisə ilə bağlı araşdırma başlayıb.
//Nəzər.Media
