Futbol üzrə dünya çempionatının İspaniya və Argentina yığmaları arasında keçiriləcək final oyununun təxirə salınması ehtimalı gündəmə gəlib.
Buna səbəb Kanadada davam edən meşə yanğınları nəticəsində yaranan tüstünün ABŞ-nin şimal bölgələrinə yayılmasıdır.
Artıq Çikaqoda açıq havada keçirilməsi nəzərdə tutulan bəzi tədbirlər ləğv edilib, MLS çərçivəsində baş tutmalı olan “Çikaqo Fayr” – “Vankuver Uaytkaps” oyunu da təxirə salınıb.
Ekspertlər tüstünün yaxın günlərdə də qalacağı təqdirdə, iyulun 19-da Nyu-Yorkdakı “MetLayf” stadionunda keçirilməsi planlaşdırılan dünya çempionatının finalına da təsir göstərə biləcəyini qeyd edirlər.
Hələlik FIFA tərəfindən matçın təxirə salınması ilə bağlı rəsmi açıqlama verilməyib.
//milli.az
