Rusiyanın Sibirya bölgəsində veba şübhəsi ilə bağlı narahatlıq yaranıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, ABŞ Rusiyadan hadisə ilə bağlı daha ətraflı məlumat istəyib.
Narahatlığa İrkutskdakı laboratoriya əməkdaşının ölümü səbəb olub. Ölümün səbəbi hələ dəqiq müəyyən edilməyib. ÜST isə Rusiyanın səhiyyə qurumları ilə əlaqə saxlayır.
//Nəzər.Media
