Atlantik okeanında mühüm bir axını olan “AMOC” sisteminin zəifləyir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu barədə alimlər məlumat yayır.
Zəifləyən sistem isti suları tropiklərdən Avropaya daşıyaraq iqlimi tarazlayır.Yeni araşdırmalar onun gələcəkdə çökə biləcəyini və bunun ciddi iqlim dəyişikliyi yaradacağını göstərir.
Belə bir ssenari Avropa və dünyanın bir çox bölgəsində ekstremal hava hadisələrini artıra bilər.Mütəxəssislər əsas səbəb kimi karbon emissiyalarının azaldılmamasını göstərir və xəbərdarlıq edirlər ki, vaxt azalır.
//Nəzər.Media
