Son 24 saat ərzində dünyanın müxtəlif bölgələrində güclü zəlzələlər qeydə alınıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Venesuelada 7,5 və 7,2 bal gücündə iki zəlzələ baş verib.
Hadisə nəticəsində onlarla insan həyatını itirib, yüzlərlə şəxs yaralanıb. Yaponiya və ABŞ-da da güclü yeraltı təkanlar qeydə alınıb. Mütəxəssislər yeni təkanların ola biləcəyini bildiriblər.
//Nəzər.Media
