Uqandanın dörd tərkib krallığından biri olan Toronun hökmdarı Oyo Nyimba Kabamba İquru Rukidi naməlum xəstəlik səbəbindən 34 yaşında vəfat edib.
Nəzər.Media qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda CNN məlumat yayıb.
“Dərin kədər hissi ilə Əlahəzrət Toro Omukaması – Kral Oyo Nyimba Kabamba İquru Rukidinin vəfatı barədə məlumat verirəm”, – Krallığın Baş naziri Kelvin Armstronq Rvomiire Akiiki bildirib.
Rəsmi şəxs əlavə edib ki, kral cümə axşamı yerli vaxtla saat 22:00 radələrində dünyasını dəyişib.
Qeyd edək ki, atasının vəfatından sonra, 1995-ci ildə, cəmi üç yaşında taxta çıxan Rukidi IV dünyanın ən gənc hökmranlıq edən monarxı olub.
