Əfqanıstan Pakistan ərazisindəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Rəsmi Kabil həmin məntəqələrin terrorçular tərəfindən istifadə edildiyini bildirib.
Pakistan isə bu iddiaları rədd edib. İslamabad hava məkanını pozan pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb. İki ölkə arasında gərginlik yenidən artıb.
//Nəzər.Media
