• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Maraqlı

Elm dünyasında inqilab: Pişiklər xərçəng müalicəsində açar rolunu oynaya bilər

21 Fevral, 26 / 0:55
A A
Elm dünyasında inqilab: Pişiklər xərçəng müalicəsində açar rolunu oynaya bilər

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Ev pişiklərində xərçəngin ilk geniş genetik xəritəsi hazırlanıb və xəstəliyin insanlardakı formaları ilə ciddi oxşarlıqlar göstərdiyi müəyyən edilib.

Tədqiqat hər iki növdə yeni müalicə üsullarının inkişafına yol aça bilər.

Alimlər təxminən 500 ev pişiyindən götürülmüş şiş DNT-lərini analiz edərək xəstəliklə əlaqəli əsas genetik mutasiyaları üzə çıxarıblar. Pişiklərdə ən mühüm xəstəlik və ölüm səbəblərindən biri olan xərçəngin necə inkişaf etdiyinə dair indiyədək çox az məlumat mövcud idi.

Kembricdə yerləşən “Wellcome Sanger Institute” rəhbərliyində çalışan beynəlxalq komanda 13 müxtəlif pişik xərçəngi növü ilə əlaqəli təxminən min geni araşdırıb.

Araşdırma nəticəsində pişiklərdə xərçəngə səbəb olan bir çox genin insanlardakı ilə oxşar olduğu, hər iki növdə şişlərin böyüməsinə və yayılmasına gətirib çıxaran əsas bioloji proseslərin ortaq olduğu müəyyən edilib.

Alimlər hesab edir ki, ev pişikləri xüsusilə “triple-negativ” kimi bəzi süd vəzi xərçəngi növlərinin öyrənilməsində açar rol oynaya bilər. Bu alt tipin pişiklərdə insanlara nisbətən daha tez-tez rast gəlinməsi yeni dərman və müalicə üsullarının hazırlanması üçün geniş tədqiqat imkanı yaradır.

Köpəklər üzərində geniş xərçəng araşdırmaları aparılsa da, pişiklər bu sahədə uzun müddət kifayət qədər öyrənilməmiş qalıb. Mütəxəssislər qeyd edir ki, hər iki ev heyvanı növü xərçənglə əlaqəli ekoloji faktorlar barədə ipucları verə bilər.

Kanadanın Ontario Baytarlıq Kollecindən professor Geoffrey Wood bildirib ki, ev heyvanları insanlarla eyni məkanları paylaşır və eyni ekoloji təsirlərə məruz qalır. Bu isə dünyada baş verən dəyişikliklərin xərçəng riskinə necə təsir etdiyini anlamağa və yeni profilaktika üsulları tapmağa imkan yaradır.

Araşdırma “Science” jurnalında dərc olunub və növlərarası genetik xəritələmə sahəsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

//milli.az

Previous Post

“Qarabağ” futbolçularına verilən mükafatın məbləği bilindi

Next Post

Tramp: "İrana qarşı hücum variantını nəzərdən keçirirəm"

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.