Əməkdar artist Mətanət İsgəndərlinin müğənni bacısı Sədaqət İsgəndərlinin evi qarət olunub.
Bu barədə Mətanət İsgəndərli “Xəzər axşamı” verilişində bildirib. O, bu səbəbdən bacısının proqrama gələ bilmədiyini qeyd edib:
“Bacımın başına iş gəldiyi üçün verilişə qatıla bilmədi. Evindən 16 min manat pul oğurlanıb. Artıq polisə müraciət ediblər. Bayaq orada olduğu üçün verilişə gələ bilməyəcəyini dedi”.
//Axşam.az
