Türkiyəli aktyor Emre Kınay qızı Duru Kınay ilə birlikdə Bodrumda istirahət edir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Ata və qız çimərliyə getsələr də, dənizə girməyiblər.
Onlar gün ərzində günəşlənib və birlikdə xoş vaxt keçiriblər. Duru Kınay görünüşü ilə diqqət çəkərək anası Emine Ünlə oxşarlığı ilə seçilib. Ata-qızın istirahət görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.



//Nəzər.Media
