Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberer.com” saytına istinadən xəbər verir ki, hadisə Bursada baş verib.
Hadisə zamanı epilepsiya xəstəsinin sükan arxasında halı pisləşib. Beləliklə avtomobil baryerlərə çırpılıb. Hadisə zamanı 2 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
