
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Norveçin sabiq Baş naziri Torbyorn Yaqlandın evində axtarış aparılıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, axtarış onun Epşteinlə əlaqələrinin üzə çıxmasından sonra aparılıb.
Qeyd olunub ki, ABŞ-da azyaşlılara qarşı cinayət ittihamı ilə gündəmə gələn milyarder Ceffri Epşteynlə bağlı yeni sənədlər yayımlandıqdan sonra Yaqland haqqında istintaq başlanılıb. Norveçin iqtisadi cinayətlərə qarşı qurumu onun bir neçə ünvanında yoxlama həyata keçirib. Vəkili Anders Brosvit bunu gözlənilən və adi prosedur adlandırıb. Axtarışdan sonra Yaqland rəsmi şəkildə şübhəli şəxs statusu alıb və ifadə verməyə çağırılıb.
//Nəzər.Media
