
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
NATO-nun Baş katibi Mark Rutte alyans daxilində real düşüncə dəyişikliyinin baş verdiyini bildirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, o, bu fikirləri Brüsseldə keçirilən Müdafiə Nazirləri Toplantısından sonra səsləndirib.
“Müttəfiqlər müdafiə xərclərini artırmaqda ciddi irəliləyiş əldə ediblər.Br sıra ölkələr ÜDM-in 5 faizini müdafiəyə ayırmaq öhdəliyinə artıq çatıb və ya bu hədəfi keçib.”- deyə Rute bildirib.
O, NATO-nun Ukraynaya dəstəyinin davam etdiyini və alyansın Kiyevin yanında olduğunu qeyd edib. Baş katib həmçinin ABŞ-ın NATO-ya möhkəm bağlı qaldığını və transatlantik birliyin daha da gücləndiyini söyləyib.
//Nəzər.Media
