Ceffri Epşteyn işi ilə əlaqələndirilən Daniel Siad ölü tapılıb.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, onun meyiti Fransadakı evində aşkarlanıb.
Fransa mətbuatının məlumatına görə, hadisə Paris yaxınlığındakı Kolomb şəhərində baş verib. Siad Epşteynin işində adı ən çox hallanan şəxslərdən biri idi. O, gənc qızların Epşteynlə əlaqələndirilməsində vasitəçilik etməkdə şübhəli bilinirdi. Ölümün səbəbi hələ açıqlanmayıb. Faktla bağlı istintaq başladılıb. Daniel Siadın adı ABŞ Ədliyyə Nazirliyinin açıqladığı Epşteyn sənədlərində iki mindən çox dəfə qeyd olunub.
//Nəzər.Media
